Qazaxıstan “Moody's” beynəlxalq reytinq agentliyinin şkalası üzrə tarixindəki ən yüksək reytinqi alıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 9-da “Moody's” beynəlxalq reytinq agentliyi Qazaxıstan ResQutb.azsının uzunmüddətli reytinqini “Baa2”dən “Baa1”ə qaldırıb, proqnoz isə “sabit”dir. Agentlik tərəfindən verilən reytinq ölkənin müstəqillik tarixindəki ən yüksək reytinqdir.
Qurumun məlumatına görə, Qazaxıstanın kredit reytinqinin artması iqtisadiyyatın şaxələndirilməsinin sabit tempi ilə birlikdə institusional və siyasi mühitin davamlı yaxşılaşması ilə bağlıdır.