Yeni araşdırma nəticəsində məlum olub ki, kütləvi məzarlıqda qədim Mayya ayinlərinin bir hissəsi olaraq qurban kəsilən 100-dən çox insanın qalıqları var. Qalıqların hamısı 500 il ərzində dəfn edilən gənc oğlanlar olub.
Publika.az xəbər verir ki, arxeoloqlar 1967-ci ildə Meksikanın Yukatan yarımadasındakı Mayyaların Çiçen-İtsa şəhərindəki çultun və ya yeraltı su anbarında tapılan 64 skeletin DNT analizindən sonra kəşf ediblər.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc edilib. Genetik analizlər sübut edib ki, oradakı insanların hamısı oğlan uşaqlarıdır, onların dörddə biri yaxın qohumdur.
Oğlanların necə öldüyü hələlik bəlli deyil. Alimlərin bu istiqamətdə araşdırması davam edir.
Cəmilə