İngiltərə Premyer Liqası maliyyə “fair play” qaydalarını pozduğuna görə silinən 10 xaldan 4-nü “Everton”a qaytarıb.
Publika.az xəbər verir ki, bu barədə britaniyalı jurnalisti David Ornstein məlumat yayıb. Mersisayd klubuna liqanın qərarından dərhal sonra verilən apellyasiya şikayəti kömək edib.
Maraqlıdır ki, müstəqil komissiya “şirniyyatçılar”ın ikinci müraciətini hələ də araşdırmayıb.
“Everton” hazırda 21 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdədir. Qaytarılan xalları da nəzərə alsaq, klub 15-ci pilləyə yüksələcək.