Qazaxıstan hərbi xidmətdən yayınan vətəndaşı Ermənistana ekstradisiya edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Qazaxıstan hakimiyyəti Ermənistan prokurorluğunun tələbini təmin edib və axtarışda olan G.Ç.-ni Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verib. Vətəndaş məcburi hərbi xidmətdən yayınmaqda ittiham olunur.
Prokurorluğun göstərişi ilə Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşları G.Ç.-ni İrəvana gətirib.
Tural