Süni intellekt “ChatGPT”in tərtibatçısı “OpenAI” yeni axtarış funksiyalarının prototipi olan “SearchGPT”ni sınaqdan keçirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, “OpenAI”dan bununla bağlı açıqlama verilib.
Bildirilib ki, "SearchGPT" istifadəçilərə aydın və uyğun mənbələrlə sürətli, vaxtında cavablar təqdim etməyi hədəfləyir.
Açıqlamada bu prototipin müvəqqəti olduğu və xüsusiyyətlərin ən yaxşılarının gələcəkdə birbaşa “ChatGPT”yə inteqrasiyasının planlaşdırıldığı qeyd olunub.
“SearchGPT” istifadəçilərin suallarını internetdə ən son məlumatlarla tez və birbaşa cavablandıracaq. Müvafiq resurslarla aydın bağlantılar təqdim edəcək
Aysel Şahmar