İsrailin müdafiə naziri Yoav Qalant son 11 ay ərzində Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında batalyon və briqadalarının əksəriyyətinin məğlub olduğunu açıqlayıb.
QÜTB.AZ məbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmçinin HƏMAS-ın hərbi rəhbəri Məhəmməd əd-Deif, əldə olan uzun siyahıdan digər terrorçular da məhv edilib.
Qeyd edək ki, 2023-cü ilin 7 oktyabr tarixində HƏMAS minlərlə silahlı tərəfdarı Qəzza zolağından İsrail ərazisinə daxil olması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb .
Avqustun 28-də İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilinin Cenin və Tulkarm şəhərlərində “antiterror əməliyyatı”na başlayıb.
"The New York Times" yazıb ki, İsrail hakimiyyəti Fələstinin bir hissəsini, Qərb Sahilini idarə etmək üsullarını dəyişdirmək üçün gizli səylər göstərir .
Hüseyn İbadlı