İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstin-İsrail münaqişəsinin nəticəsindən asılı olmayaraq, ölkə İordan çayının qərb sahili və Qəzza zolağı üzərində güclü nəzarəti saxlayacaq.
Publika.az xəbər verir ki, bəyanat onun ofisinin YouTube kanalında yayımlanıb.
“İstənilən halda, daimi məskunlaşma olsun və ya olmasın, İsrail İordaniyanın qərbindəki bütün ərazilər üzərində tam təhlükəsizlik nəzarətini saxlayacaq”, - çıxışında baş nazir qeyd edib.
Bu ərazilər arasında siyasətçi İordaniyanın İordan çayının qərb sahilini (Yudeya və Samariya) və Qəzza zolağını vurğulayıb.
Aytən