Əgər Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşsə, ABŞ-ın yeni seçilmiş prezidentini sürpriz gözləyir.
QÜTB.AZ xəbər verir ki, bunu MKİ-nin keçmiş analitiki Larri Conson "YouTube"da "Judging Freedom" kanalına müsahibəsində deyib.
Conson qeyd edib ki, Trampı mümkün görüşdə Amerika liderinin ilk prezidentliyindən bəri çox dəyişmiş Vladimir Putin gözləyəcək.
“Trampı sürpriz gözləyir: onun indi görüşəcəyi Vladimir Putin səkkiz il əvvəl tanıdığı Vladimir Putin deyil”, - deyə keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki deyib.
Larri Consonun sözlərinə görə, Rusiya Prezidenti indi Trampın əvvəllər ünsiyyətdə olduğu bütün dünya liderlərindən daha sərt danışıq aparan şəxsə çevrilib.
Bundan əvvəl Vladimir Putin birbaşa xətt və geniş mətbuat konfransı zamanı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bildirsə də, konkret vaxt barədə hələ heç nə məlum deyil.
“Onunla nə vaxt görüşəcəyimizi bilmirəm. Çünki bu barədə heç nə demir. Dörd ildən artıqdır ki, onunla ümumiyyətlə danışmıram. Mən isə buna, təbii ki, hər an hazıram. Mən görüşə hazır olacağam”, - Rusiya lideri qeyd edib.
Hüseyn İbadlı