30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Fikrini dəyişdi, məhkəmə olmayacaq

02 fev 2024 07:00
İDMAN
ads
Advertisement

"Yuventus"un sabiq müdafiəçisi Leonardo Bonuççi klubu məhkəməyə vermək fikrindən daşınıb.

Publika.az xəbər verir ki, keçən yay italiyalı müdafiəçi ilə yollar ayrılıb. Ona komanda ilə məşq etməyə belə icazə verilməyib. Bonuççi bu hərəkətdən incik düşüb.

O, 2023-cü ilin sentyabrında "Union Berlin"ə transfer olduqdan sonra Turin klubunu məhkəməyə verməklə hədələyib və sözünə əməl edib. 36 yaşlı müdafiəçi səbəb kimi "qoca sinyora"nın bu addımı ilə idman nüfuzuna xələl gəldiyini iddia edib.

İtaliya millisinin üzvü bu günlərdə fikrini dəyişib. "Yuventus" Bonuççinin klubu arbitraj məhkəməsinə verdiyi ərizəni geri götürdüyü barədə bəyanat yayıb.

Leonardo "Yuve" formasıyla 500-dən çox oyun keçirib və 8 dəfə İtaliya çempionu olub. 2024-cü ilin yanvarında o, "Fənərbağça"ya keçib.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur