28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Sabiq nazir və xanımı eyni gündə öldü

15 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Niderlandın keçmiş Baş naziri Dris van Aqt və həyat yoldaşı Yevgeniya fevralın 5-də, ikisi də eyni gündə evtanaziya ilə vəfat ediblər.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Hər ikisinin 93 yaşı olub. Siyasətçinin qohumlarından biri, rejissor Cerard Cokmanın dediyinə görə, van Aqt xəstə idi, 2019-cu ildə baş verən beyin qanamasından sağala bilmirdi, həyat yoldaşı isə xərçəngdən əziyyət çəkib. Rejissorun sözlərinə görə, cütlük çox xəstə idi, lakin bir-birləri olmadan yaşamaq istəməyiblər.

Onlar 70 ilə yaxın bir yerdə yaşayıblar. Evtanaziya ilə məşğul olan "Expertisecentrum Euthanasie" şirkətinin nümayəndəsi Elke Svart mediaya verdiyi açıqlamada bildirib ki, ölkədə qoşa evtanaziya populyarlıq qazanır, lakin bu, hələ də nadirdir. Ona görə ki, cütlüklərin hər ikisində ağır xəstəlik nadir hallarda baş verir.

"İki insanın eyni vaxtda dözülməz dərəcədə əziyyət çəkməsi tamamilə təsadüfdür, rahatlıq və ümid yoxdur", - Elke Svart qeyd edib.

Niderland dünyada evtanaziyanı qanuniləşdirən ilk ölkə olub, bu, 2002-ci ildə baş verib. Dris van Aqt 1977-1982-ci illərdə ölkənin baş naziri və 1980-ci ildə yaradılmış Xristian Demokratik Müraciət Partiyasının ilk lideri olub.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur