Ermənistanın Baş Prokurorluğunun binası qarşısında insident baş verib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ev dustağı olan 36 yaşlı Hraç Piroyan prokurorla görüşmək istəyib, lakin buna icazə verilməyib. Nəticədə həmin şəxs qurumun binası qarşısında özünü yandırmağa cəhd edib.
“Polis qeyri-iş günündə belə bir görüşün mümkün olmadığını izah edib və onu ifadə verməyə çağırıb, lakin vətəndaş polisin sözlərinə məhəl qoymayıb və özünü yandırmaq üçün üzərinə benzin töküb. Yanğının qarşısı alınıb”, - deyə prokurorluğun məlumatında deyilir.