Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə Federal Penitensiar Xidmətin regional idarəsi məlumat yayıb.
"Bu il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb", - məlumatda deyilir.
Bütün lazımi reanimasiya tədbirlərinin aparıldığı, lakin müsbət nəticə vermədiyi qeyd edilir. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri müəyyənləşdirilir.
Tural