İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə QÜTB.AZ-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabr ayının 26-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.