14.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...

14 yan 2025 02:00
GÜNDƏM
ads

Son vaxtlar Çində başlayaraq bütün dünyaya yayılan HMPV virusu narahatlıq doğurmağa davam edir. Elm adamları virusun qeyri-adi simptomlarından birini müəyyən ediblər.

QÜTB.AZ xəbər verir ki, Niderlanddan olan tədqiqatçılar virusun sinə, qasıq, bel və çanaq nahiyələrində qırmızı səpgilərə səbəb olduğunu aşkarlayıblar. Həmçinin qusma, halsızlıq, boğaz ağrısı, burun axması və beş gün davam edən yüksək hərarət virusun digər simptomları kimi qeydə alınıb.

İngiltərə mətbuatının məlumatına görə, ABŞ və İtaliyada da bu simptomlara rast gəlinib.

Mütəxəssislər xroniki ağciyər xəstəliklərindən əziyyət çəkənlər, immun sistemi zəif olan şəxslər, uşaqlar və yaşlılar üçün virusun daha böyük təhlükə yaratdığını bildiriblər.

Virusun yayılması sürətləndikcə, əhalinin diqqətli olması və gigiyena qaydalarına ciddi əməl etməsi tövsiyə olunur.

(Milli.az)

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur