09.04.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşüb

13 iyl 2022 08:35
GÜNDƏM
ads

Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib.

Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən toplantıda nazir Fərid Qayıbov son vaxtlar görülmüş işlər və qarşıdakı planlar barədə danışıb, görüşün məqsədi barədə məlumat verib.

Gündəliyə əsasən, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq, Avropa və dünya çempionatlarının televiziya yayım hüquqlarının alınması, nizam-intizam və apellyasiya komitələrinin yaradılması, federasiyalar tərəfindən 2022-ci ilin ilk 6 ayı ərzində görülmüş işlərlə bağlı hesabatın tərtib edilməsi, istiqamətlər üzrə inkişaf planlarının hazırlanması, idmançıların, məşqçilərin, hakimlərin və həkimlərin lisenziyalaşdırılması, idmançıların reytinq cədvəlinin müzakirəsi, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması, idman turizminin inkişaf etdirilməsi, tədbir və yarışların qeydiyyat sistemi və digər məsələlər müzakirə edilib, həmçinin federasiya nümayəndələrinin təklifləri dinlənilib.



Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur