Yaponiyada uşaq bezləri istehsalçısı körpələr üçün məhsul istehsalını dayandırmaq, bunun əvəzinə böyüklər üçün bez istehsalını artırmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, kağız məmulatları üzrə ixtisaslaşmış “Oji Holdings” şirkəti tələbatın kəskin azalması səbəbindən sentyabr ayında uşaq bezlərinin istehsalını dayandıracaqlarını açıqlayıb.
Şirkətin satışları 2001-ci ildən bəri təxminən yarıya qədər azalıb. Yaponiyada böyüklər üçün uşaq bezlərinin satışı 10 ildən çoxdur ki, uşaq bezlərinin satışını üstələyir.
Ölkədə doğulanların sayı 2023-cü ildə 1 milyon 590 min 503, ölümlə müqayisədə isə 758 min 631 nəfərlə ən aşağı səviyyəyə düşüb. Məlumata görə, 2022-ci ildə 15 yaşdan kiçik uşaqlar ölkə əhalisinin 12 faizindən azını, 65 və yuxarı yaşda olanların isə təxminən 30 faizini təşkil edib.
2065-ci ildə əhalinin 125 milyondan 88 milyona qədər azalacağı gözlənilir. Bu, 45 ildə 30 faiz azalma deməkdir.
Aysel Şahmar