Aİ-nin Qırmızı dənizdəki “Aspides” adlı dəniz missiyası fevralın 17-də işə salınmalıdır.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel Aİ-nin müdafiə departamentləri rəhbərlərinin qeyri-rəsmi görüşünə gələrkən bildirib.
O, Aİ ölkələrinin heç də hamısının bu missiyada iştirak etməyəcəyini qeyd edib və ümid etdiyini bildirib ki, ölkələrin heç biri qərara mane olmayacaq.
“Biz onu ayın 17-də işə sala biləcəyik, lakin onun qərargahının yeri və komandanlığı ilə bağlı qərar verməliyik. Artıq bir missiyamız var - "Aspides”, - Borrel deyib.
Tural