Çərşənbə axşamı Meksikanın şimalında şossedə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində azı 19 nəfər ölüb, 18 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə AP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Dövlət Mülki Müdafiə direktoru Roy Navarrete bildirib ki, qəza Sakit okean sahilində yerləşən Sinaloa ştatında magistral yolda, Mazatlan liman şəhəri yaxınlığındakı Elota qəsəbəsində baş verib.
Zərərçəkənlərin müalicəsi yerli xəstəxanalarda aparılır, qəzanın səbəbləri araşdırılır.
Avtobusda 37 nəfər olub.
Tural