29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Sumqayıtda evə silahlı basqında yaralananlardan biri evə buraxıldı

07 noy 2023 15:00
HADİSƏ
ads

Oktyabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Milli.Az bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Bölməsindən Oxu.Az-a bildirilib ki, mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb:

"Cərrahiyyə Şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya Şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın  vəziyyəti isə stabil qiymətləndirilir".

Qeyd edək ki, oktyabrın 28-də saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində silahlı insident baş verib. Hücum edən şəxs 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və onun atası, 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu hadisə yerində öldürüb.

Suzannanın həyat yoldaşı, 1985-ci il təvəllüdlü Serkan Karakaş, anası, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, qonşuları - 1958-ci il təvəllüdlü Mehman Sarıyev və 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə xəstəxanaya yerləşdiriliblər.

Vəziyyəti ağır olan Türkiyə vətəndaşı Serkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.

Xatırladaq ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev saxlanılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur