Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Sosial Demokrat Partiyasının sədri Luiş Monteneqrunu ölkənin yeni Baş naziri təyin edib.
Publika.az xəbər verir ki, dövlət başçısının mətbuat xidməti bu barədə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Prezident martın 10-da Parlamentə keçirilən seçkilərdə iştirak edərək deputat mandatı almış partiya və partiyaların koalisiyalarını dinlədiyindən, Demokratik Alyans isə mandat və səslərə görə seçkilərdə qalib gəldiyindən, Luis Monteneqrunu Baş nazir təyin etmək qərarına gəlib.
Məlumata görə, Monteneqru yeni Nazirlər Kabinetinin tərkibini artıq Prezidentə təqdim edib.