12.07.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

Azərbaycanda sabiq nazir vəfat edib

12 iyl 2025 16:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.

Qutb.az xəbər verir ki, bu barədə digər eks-rabitə naziri Sirus Abasbəyli bildirib.

Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisi idi.

Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlayıb. 1966-cı ildən 1976-cı ilədək "Azərsənayeelektroquraşdırma" trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləyib.

Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilib. 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışıb. 1989-cu ilin may ayından "Azərxüsusitikintiquraşdırma" ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olub. 1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilib. O bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb.

Allah rəhmət eləsin.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur