Avropada fermerlərin bir gün davam edən etirazları Fransa və İspaniya arasında “pomidor”la bağlı siyasi debata çevrilib.
Publika.az xəbər verir ki, Fransanın sabiq ekologiya naziri Seqolele Royal həftə ərzində iştirak etdiyi bir televiziya proqramında İspaniyada istehsal olunan pomidorlar üçün "yenilməz" və "saxta orqanik" ifadələrini işlədib.
İspaniyanın Baş nazir Pedro Sançes İspaniyanın kənd təsərrüfatı məhsulları ilə bağlı tənqidlərin "əsassız" olduğunu söyləyib. Həmçinin Fransanın sabiq naziri Royal hələ ki, sınamaq şansı olmayan pomidorları dadmaq üçün İspaniyaya dəvət edəcəyini bildirib:
"O, dadına baxanda görəcək ki, ispan pomidorları rəqibsizdir".
Aİ ölkələrində və son günlər Brüsseldə günlərlə etiraz aksiyası keçirən fransız fermerlər xarici ölkələrdən gələn məhsullara məhdudiyyətlər və yoxlamalar tələb edir. Aksiya iştirakçıları qiymətlərin və maaşların inflyasiyaya uyğun olaraq daha da artırılmasını tələb edir.
Aysel Şahmar