Ermənistanın baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bildirib.
Publika.az xəbər verir ki, Ermənistan Respublikası ilə KTMT arasındakı çətin münasibətlərdən danışan baş nazir Belarus prezidentinin məlum qalmaqallı bəyanatını xatırladıb .
“KTMT ölkələrinin liderlərindən biri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Bundan sonra mən Belarus rəhbəri ilə KTMT formatında nəyisə müzakirə etməyə gedəcəm?”, - deyə Paşinyan deyib.
“Bilirəm ki, bundan sonra bir daha Belarusa getməyəcəm. Nə qədər ki, prezident Aleksandr Lukaşenko Belarusdadır. Və ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın bir dənə də olsun rəsmi nümayəndəsi Belarusa getməyəcək”, - Paşinyan söz verib.
Tural