Belarus Prezidenti Aleksandr Lukaşenko general-mayor Aleksandr Naumenkonu müdafiə nazirinin müavini təyin edib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
General-mayor Andrey Juk isə yaşı ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, ehtiyata göndərilib. Naumenko indiyədək Silahlı Qüvvələrin Şimal-Qərb Əməliyyat Komandanlığının komandiri vəzifəsini tutub.