İran prezidenti Məsud Pezeşkian iraqlı həmkarı ilə görüşdə Avropa İttifaqından nümunə götürərək İslam ölkələri arasında sərhədlərin ləğv edilməsini istəyib.
QÜTB.AZ xəbər verir ki, İran prezidentinin internet saytında yer alan mesajda bildirilir ki, Pezeşkian İran və İraq arasında çoxillik və güclü əlaqələrə diqqət çəkib, həmçinin müsəlman ölkələrinin vahid birliyinin yaradılmasının vacibliyini vurğulayıb.
Onun fikrincə, İslam dünyasında birliyin gücləndirilməsi Qərbin sanksiyalarını səmərəsiz edəcək.
Pezeşkian həmçinin İran və İraq arasında siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün ixtisaslaşmış komissiyaların yaradılmasını təklif edib.
Qeyd edək ki, İraqa bu səfər onun prezident kimi ilk rəsmi xarici səfəri olub.
Tural