"Napoli"nin hücumçusu Viktor Osimhen yayda Avropanın top klublarından birinə keçməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Skira məlumat verib.
Mənbənin sözlərinə görə, artıq “Çelsi” və PSJ təmsilçiləri nigeriyalı forvardın transferi üzərində işləyirlər. Hər iki klub 25 yaşlı futbolçunu 130 milyon avroya ala bilər. Bu məbləğ futbolçunun müqaviləsində təzminat maddəsində göstərilib.
Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. Hücumçu bu mövsüm partenopeylilərin heyətində bütün turnirlərdə 19 oyun keçirib, 9 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.
Heybət