29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu smartfon istifadəçilərinə xəbərdarlıq edildi

17 fev 2024 06:00
GÜNDƏM
ads
Advertisement

“Group-IB” informasiya təhlükəsizliyi şirkəti “iOS” əməliyyat sistemi üçün hazırlanmış “GoldPickaxe.iOS” adlı yeni virus aşkar edib.

Publika.az xəbər verir ki, o, üzün tanınması, şəxsiyyət vəsiqəsi, SMS məlumatlarını və qurbanların bank hesablarını sındırmaq üçün istifadə edilə bilən digər məlumatları oğurlaya bilir.

Qeyd olunur ki, virus əvvəllər “Android” əməliyyat sistemi üçün hazırlanmış “GoldDigger” ailəsinə aiddir. Tətbiq “Apple” servisindən silindikdən qısa müddət sonra fırıldaqçılar onu korporativ cihazları idarə etmək və konfiqurasiya etmək üçün istifadə olunan MDM profili vasitəsilə yaymağa başlayıblar.

“Group-IB”nin məlumatına görə, virus qurbanlarının əksəriyyəti Vyetnam və Tailanddandırlar, lakin onun təsirindən digər ölkələrdən olan istifadəçilər də zərər çəkə bilərlər. Mütəxəssislər artıq müəyyən edilmiş problemlə bağlı “Apple” şirkətini məlumatlandırıblar.(oxu.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur