28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Məni şantaj edib 3 min istəyirlər"

09 iyl 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər Liman klinikasının həkimi Əfqan Ağagülov burnunda polip olduğu üçün tibbi sığorta ilə əməliyyat edilən xəstə Nuridə İsmayıl qızı Zülfüqarovanın gözünün alt sümüyünü qıraraq, onun gözündə ciddi problemin yaranmasına səbəb olub. Zərərçəkənin qızı Ramilə Məmmədova bildirib ki, həkim səbəb olduğu hadisəyə etinadsız yanaşıb. Onlar həkimlə danışıq apararaq məsələni həll etmək istəyiblər. Bunun üçün dəfələrlə onun qəbulunda olub, telefonla da danışıblar. Lakin həkim onlarla kobud rəftar edib. Buna görə də vətəndaş məsələ ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib.

Məsələ ilə bağlı N. Zülfüqarovanı əməliyyat edən həkim, otorinolarinqoloq Əfqan Ağagülov Publika.az-a açıqlama verib:

“Kompüter tomoqrafiyasında xanımda burun boşluğu və burun ətrafı poliplər aşakarladıq. Xəstə bu diaqnozla bir neçə həkimə müraciət edib. Həkimlərdən biri bu əməliyyatın 800 AZN, digəri isə 2500 AZN olduğunu deyib. Bizə müraciət edəndə mən xəstəyə və ailə üzvlərinə İcbari Tibbi Sığortadan göndəriş almaqla əməliyyatın icrasının mümkünlüyünü vurğuladım. Əməliyyatın ümumi qiyməti 250 AZN edir, 15 dəqiqəlik bir prosedurdur. O, uzun illərin revmatik xəstəsidir. Eyni zamanda allergik olduğuna görə uzun müddət hormonal dərmanlar qəbul edib. Sümükləri kağız kimi idi. Əməliyyat zamanı polipləri götürərkən bunun şahidi olduq”.

Həkim iddia edir ki, N. Zülfüqarova əməliyyatdan sonra tövsiyə olunan müalicəyə əməl etməyib:

“Əməliyyatdan bir ay sonra müayinə zamanı xəstənin burun boşluğundakı qartmaqlar da müalicə prosesinin düzgün aparılmadığını bir daha sübut etdi. O ki qaldı əməliyyatın ağırlaşmasına, tibdə bu kimi halların olması normal prosesdir. Gözün 4 güc əzələsi var. Xəstəni əməliyyat edərkən sümükləri kağız kimi olduğu üçün həmin polipləri təmizləyəndə sümüklər ora yapışır və gözü içəriyə doğru dartır. Əməliyyatdan sonra düzgün müayinədən sonra dartma prosesi geri çəkilir və göz normal halına düşür. Burada heç bir həkim səhlənkarlığından söhbət gedə bilməz. Bu, o tip xəstələr üçün normal haldır. Əməliyyatdan öncəki müayinə ilə sonrakı müayinə fərqlidir. Bu xəstədə əməliyyatdan sonrakı müayinə düzgün aparılmayıb. Bütün proseslər müşahidə kameraları tərəfindən qeyd olunub. Məni şantaj edib 3000 manat pul tələb ediblər. Prokurorluğa müraciət edərək qarşı tərəfdən şikayət etmişəm. Hazırda Sumqayıt prokurorluğunda bu məsələ ilə bağlı araşdırma gedir”.

Məsələnin hüququ tərəfinə gəlincə, hüquqşünas Ramil Süleymanov bildirib ki, əgər əməliyyatdan sonra xəstənin səhhətinə hər hansı bir zərər dəyirsə, o zaman həmin şəxs məsələ ilə bağlı ərazi üzrə aidiyyətı rayon, şəhər prokurorluğuna müraciət etməlidir:

“Prokurorluqda xəstənin müraciəti əsasında ilkin araşdırma başlanılır. Araşdırma nəticəsində xəstə məhkəmə tibbi ekspertizasına göndərilir. Tibbi ekspertizanın qarşına müstəntiq tərəfindən müfəssəl suallar qoyulur. Təqdim olunmuş sənədlər əsasında xəstənin ilkin diaqnozu düzgün qiymətləndirilibmi? Xəstənin tibbi əməliyyatı protokola uyğun aparılıbmı? Xəstənin əməliyyatdan sonrakı durumu hansı şəkildə qiymətləndirilir? Məhkəmə tibbi ekspertizasının vermiş olduğu rəy nəticəsində xəstənin vəziyyəti və diaqnozu, eyni zamanda əməliyyatdan sonra ona zərərin dəyib-dəyməməsi müəyyən edilir. Bundan sonra həmin həkim barəsində sağlamlığa xəsarət vurma ilə bağlı müvafiq qaydada cinayət işi başlanılır.

Əgər

Həkim işində baş vermiş səhlənkarlığa görə Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət daşıyır. 314.1 - Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda; 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməl ehtiyatsızlıqdan daha ağır nəticələrə və ya ölümə səbəb olarsa bu zaman həkimə 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər xəstəyə vurulan zərər tibb müəssisəsi və ya həkim tərəfindən təsdiq olunarsa, bu, ekspertiza rəyində də öz əksini taparsa, xəstə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə uyğun olaraq tibb müəssisəsinə və ya həkimə qarşı mülki iddia ilə çıxış edə bilər. Bu zaman ona dəyən və bundan sonra dəyə biləcək zərərlərin mülki qaydada ödənilməsi ilə bağlı məhkəmə qətnaməsini əldə edə bilər.

Cəmilə Hətəmxanova


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur