Azərbaycanla Ermənistan arasında sülh prosesi müsbət istiqamətdə gedir.
Publika.az xəbər verir ki, bu barədə Trend-ə Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində deyib.
"Yəqin ki, noyabrda COP29-da sülh müqaviləsi imzalamaq olardı, lakin Ermənistan rəhbərliyi tərəddüd edir. Onlar Konstitusiyaya hər hansı düzəliş etməyə cəsarət etmirlər, bu, mütləq zəruridir", - deyə o əlavə edib.
Daha sonra S.Markov qeyd edib ki, forum böyük əhəmiyyət kəsb edir.
"Biz bəşəriyyətin qlobal inkişafına verdiyi töhfələrə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarıq. Çünki burada qlobal problem həll olunur. Qlobal problemi mücərrəd şəkildə həll etmək olmaz. Dünyanın bir çox KİV-lərinin dezinformasiya vasitələrinə çevrildiyini görürük. Xalqları birləşdirmək əvəzinə xalqlar arasında dava salırlar. Böyük miqdarda saxta xəbərlər yayılır", - deyə S.Markov bildirib.