15.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Patruşev bu ölkəni HƏDƏLƏDİ: "Ya başqa dövlətin bir hissəsi olacaq, ya da..."

14 yan 2025 20:00
GÜNDƏM
ads

Rusiya Federasiyası Prezidentinin köməkçisi Nikolay Patruşev Moldovanın Rusiya Federasiyasına qarşı yönəlmiş siyasətinin respublikanın mövcudluğunu dayandırması ilə başa çata biləcəyini deyib.

QÜTB.AZ xəbər verir ki, bu barədə kp.ru saytına müsahibə verib.

“İstisna etmirəm ki, Kişinyovun aqressiv anti-Rusiya siyasəti Moldovanın ya başqa dövlətin bir hissəsi olacağına, ya da ümumiyyətlə mövcudluğunu dayandıracağına gətirib çıxaracaq", - o xəbərdarlıq edib.

Patruşevin sözlərinə görə, bu halda Ukrayna nümunəsinə baxmaq olar.

Patruşev həmçinin iddia edib ki, Ukrayna bu il dövlət kimi mövcudluğunu dayandıra bilər.

Bundan əlavə, o, bəyan edib ki, Ukrayna ilə bağlı danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan Rusiya tərəfindən birbaşa ABŞ ilə aparılmalıdır.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur