ABŞ Prezidenti Co Bayden və keçmiş ABŞ lideri Donald Tramp Corciya ştatının Atlanta şəhərində ilk seçki debatıan əl sıxmadan başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hazırkı dövlət başçısı studiyaya əvvəlcə daxil olub, sonra Tramp. Onlar tamaşaçılara ABŞ-ın 46-cı və 45-ci prezidentləri kimi təqdim edilib.
Qeyd olunub ki, 2020-ci ildə keçirilən əvvəlki prezidentlik yarışının ilk teledebatında da onlar əl sıxmayıblar.
Bundan əvvəl Bayden və Tramp arasında ilk seçki debatının studiyada tamaşaçı və müxbirlərsiz keçiriləcəyi bildirilirdi .
Hüseyn İbadlı