29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Paşinyandan sülh danışıqlarına zərbə: yenə də bu şərti irəli sürdü

15 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

“Azərbaycanla sərhədlərin yenidən qurulması məsələsində Ermənistanın mövqeyi çox konstruktivdir. İrəvan bu yenidənqurmadan sonra qoşunların sərhəd xəttindən qarşılıqlı şəkildə çıxarılmasına hazırdır”.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Qoşunların bugünkü mövqelərindən uzaqlaşması üçün sərhədi “yerdə” və xəritədə təkrarlamaq və iki ölkənin qoşunlarını bu sərhəddən çıxarmaq lazımdır. Sərhəd xəttinin o biri tərəfində qoşunların olduğunu, o zaman onları güzgü şəklində geri çəkmək lazımdır”, - deyə o bildirib.

Xatırladaq ki, Nikol Paşinyan aylardır “güzgülü şəkildə orduların geri çəkilməsi” məsələsini qaldırır. Ermənistan baş nazirinin “qoşunların güzgü prinsipi ilə geri çəkilməsi” fikrini yenidən təkrarlaması və utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir. İrəvan sərhəddən qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsini istəməklə, strateji yüksəkliklərin boşaldılması və bununla da meydanda düşdüyü məğlub durumdan çıxmağı hədəfləyir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur