Mövsüm bitdi, futbol azarkeşlərinə "Real" və Dortmund "Borussiya"sı arasında iyunun 1-də oynanılacaq Çempionlar Liqasının finalının nəticələrini öyrənmək qalır.
Lakin digər oyunçular artıq sakitcə tətillərini keçirirlər. Bəziləri Avro-2024 və Amerika Kubokunun startına qədər qısa müddət dincələcəklər. Amma digərləri mövsüm startına qədər 10 aylıq yorğunluqlarını unutmağa çalışacaqlar.
Fürsətdən istifadə edərək, Avropa çempionatlarının ulduzlarının tətillərini necə keçirdiklərini araşdırdıq.
"Arsenal"lı dostlar - Martin Odeqard və Kai Haverts İbitsada dincəlir.
"Ayaks"ın futbolçusu Çuba Akpom Yunanıstanın Kos adasındadır.
Rennli Kristofer Vu da Yunanıstanı seçib.
“Liverpul”un futbolçusu İbrahima Konate də səyahət edir.
"Aston Villa"nın futbolçusu Metti Keş dəniz mənzərəsindən zövq alır.
Marselo Braziliyadan günəşli salamlar göndərir.
"Arsenal"ın futbolçusu Qarbriel Martinelli böyük balıq tutmağa çalışır.
Jorjinyo ailəsi ilə bir dost toyunda.