Multi milyarder Ceff Bezos "Amazon"dakı səhmlərinin çoxunu satıb və satışların ümumi dəyəri 4 milyard dolları ötüb.
Publika.az xəbər verir ki, şirkət Bezosun bu ay 24 milyon "Amazon" səhmlərini satdığını açıqlayıb. Şirkətin Direktorlar Şurasının sədri olan Bezos "Amazon" səhmlərini sonuncu dəfə 2021-ci ildə satıb.
12 milyon səhmin ilk satışı cümə günü tənzimləyici sənədlərdə elan edilib.
Bezosun keçən il Vaşinqton ştatındakı Sietldən Florida ştatındakı Mayamiyə köçməsindən sonra qazancı üzərindən heç bir vergi borcu olmayacaq.
Əgər Bezos hələ də Sietldə yaşasaydı, satdığı 4 milyard dollarlıq səhmlərə görə təxminən 280 milyon dollar vergi borcu yaranacaqdı.
Roza Şəfiyeva