11.06.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Paşinyan yeni katolikos seçkisinə hazırlıq elan etdi

10 iyn 2025 10:00
GÜNDƏM
ads

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ardıcıllarına müraciət edib.

Qutb.az xəbər verir ki, N.Paşinyan müraciətində bildirib ki, Eçmiədzin kilsəsinin hazırkı rəhbərlikdən azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil olunmalıdır.

Baş nazir bununla bağlı təşkilati məsələlərini tənzimləmək üçün Koordinasiya Qrupu yaratmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, Koordinasiya Qrupunun üzvləri kişilər, qadınlar, sadə insanlar və ya din xadimləri ola bilər. Koordinasiya Qrupuna daxil olan din xadimlərinin subaylıq andını pozmamaları məcburidir.

Paşinyan deyib ki, Koordinasiya Qrupunun ilk 10 üzvünün seçilməsini öz üzərinə götürəcək.

Gələcəkdə Qrup genişlənmə prosedurları, strukturu və digər mümkün məsələlər barədə qərar verəcək.

Baş nazir 5 meyar üzrə Koordinasiya Qrupuna üzv olmaq istəyənlərdən onun e-mail ünvanına müraciət göndərməyi xahiş edib.

“Bu fəaliyyətimiz zamanı çoxlu vəsvəsə sözləri eşidiləcək, bizi hər cür məsələdə ittiham edəcəklər”, - deyə Baş nazir bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur