23.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

“Axırda qazı Azərbaycandan, buğdanı isə Türkiyədən alacağıq” - Erməni deputat

23 yan 2025 01:00
GÜNDƏM
ads

"Bizim hökumətin xarici siyasətində konkretlik yoxdur, heç bir hesablama aparmırlar. Biz buğdanı və qazı Rusiyadan alırıq. Hökumət isə Rusiyadan uzaqlaşır və Aİ ilə əməkdaşlığı gücləndirir. Bu cür siyasət Ermənistanı böhrana sürükləyir. Axırda deyəcəksiniz ki, yaxşı, gəlin qazı Azərbaycandan, buğdanı isə Türkiyədən alaq".

QÜTB.AZ xəbər verir ki, bunu Ermənistan fraksiyasının deputatı Kristine Vardanyan bu gün parlamentdə xarici işlər naziri Ararat Mirzoyanın çıxışına münasibət bildirərkən qeyd edib.

O, Ararat Mirzoyana sual ünvanlayaraq soruşub ki, ixracatın 235 faizindən çoxu, idxalın isə 56 faizindən çoxu Avrasiya İttifaqı ölkələri ilə olan Ermənistan qazın 1000 kubmetrini 165 dollara - bazar qiymətindən 5-6 dəfə ucuz alır:

"Buğdanın 90 faizini Rusiyadan idxal edirik. Bunun qarşılığında Rusiyadan uzaqlaşmaq bizə hansı mənfəəti qazandırır, hansı risklər yaradır?"

Cavabında Ararat Mirzoyan deyib ki, qeyd olunan rəqəmlər Rusiya ilə Ermənistan arasındakı əlaqələrin mövcud durumundan xəbər verir: "Qərblə əməkdaşlığımızı isə parlament özü təsdiqləyib".

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur