"NATO-nun baş katibi Yens Stoltenberqi İrəvanda qəbul etmək mənim üçün böyük şərəf idi".
Publika.az xəbər verir ki, bu barədə Ermənistanən Baş naziri Nikol Paşinyan özünün "X" səhifəsində yazıb.
“Ermənistan-NATO əməkdaşlığının gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Regional proseslər, Ermənistanla Azərbaycan arasında sülh sazişi ətrafında fikir mübadiləsi aparılıb.
Mən Ermənistanın suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılığa əsaslanan mövqeyini vurğuladım”, - o yazıb.
Hüseyn İbadlı