Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona 14 iyul - Fransa Milli Günü münasibətilə təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.
Məlumata görə, Paşinyan Makronu bu ilin sentyabrında Ermənistana səfərə dəvət edib.
O qeyd edib ki, yüksək səviyyədə sıx siyasi dialoq və bütün sahələrdə dinamik inkişaf edən əməkdaşlıq İrəvan və Paris arasında strateji əməkdaşlığın inkişaf yollarını müəyyən etməyə imkan verir.