"Microsoft" 2021-ci ildən bəri ilk dəfə “Apple”ı geridə qoyub, dünyanın ən dəyərli şirkəti olub. Gün ərzində 2 faizə qədər dəyər qazanan "Microsoft" bağlanışda yenidən ABŞ texnologiya nəhəngindən geri düşsə də, ən dəyərli şirkət uğrunda mübarizə nəfəskəsicidir.
Publika.az xəbər verir ki, dünyanın ən dəyərli şirkətləri arasında texnologiya şirkətləri uzun müddətdir ki, zirvə yarışının liderləri kimi seçilir.
Texnologiya nəhəngləri pandemiya dövründə əldə etdikləri uğurlu impulsdan sonra post-pandemiya dövründə enişlər ediblər. İşçilərini ixtisar etmək, süni intellektə yatırılan sərmayələr bunun göstəricisi idi. 2023-cü il texnologiyanın yenidən yüksəliş ili oldu.
ABŞ-ın nəhəng texnologiya şirkətləri ən dəyərli şirkət olmaq yolunda ən yüksək embarqo tətbiq edənlərdir. “Apple”ı izləyən 41 analitikdən ən azı üçü 2024-cü ilin əvvəlindən reytinqlərini aşağı salıb.
Aysel Şahmar