19.05.25 | Bakı 18.77° C |
10:06:25
Lent :

Paşinyan Lukaşenkonun rəqibi ilə görüşüb

19 may 2025 04:00
GÜNDƏM
ads

Belarusiyalı siyasətçi, 2020-ci il Belarus prezidentliyinə namizəd olmuş Svetlana Tixanovskaya Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən danışıb.

Qutb.az xəbər verir ki, Svetlana Tixanovskaya X sosial şəbəkəsində yazıb:

"Ermənistanın baş naziri Nikol Paşinyanla Tiranada keçirilən Avropa Siyasi Birliyinin Sammitində görüşmək çox xoş idi. Ermənistana Avropaya gedən yolda uğurlar arzulayıram. Bu gün Avropanın ədalətli, azad və müstəqil Ermənistana həmişəkindən daha çox ehtiyacı var. Həmrəyliyinizə və prinsipial mövqeyinizə görə təşəkkür edirəm".

Qeyd edək ki, Nikol Paşinyanın Aleksandr Lukaşenkonu görməyə gözü yoxdur.

Rəsmi İrəvanla rəsmi Minsk arasındakı münasibətlərin rəvan olmamasına səbəb Belarus prezidenti Lukaşenkonun Qarabağ müharibəsinin nəticələri ilə bağlı bəyanatlarından sonra yaranıb. Baş nazir Nikol Paşinyan bildirib ki, müharibə zamanı Belarus lideri faktiki olaraq Azərbaycanın tərəfində olub. Buna görə də Paşinyan Ermənistan rəsmilərinin Belarusa səfərini qadağan edib.

Hələ 2024-cü ilin iyununda Paşinyan bəyan etmişdi ki, Lukaşenko bu ölkənin rəhbəri olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcək. İki ölkənin Xarici İşlər nazirlikləri 2024-cü ilin iyununda nota mübadiləsi aparıblar və avqustda Lukaşenkonun növbəti sərt bəyanatından sonra Belarusun İrəvandakı səfirliyinin binası “pomidor atəşi”nə tutulub.

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya hazırda Avropada məskublaşıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.77° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur