Sovet idmançısı, gürz tullama üzrə olimpiya mükafatçısı Aleksandr Barışnikov vəfat edib.
QÜTB.AZ xəbər verir ki, 1980-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı 75 yaşında ölüb. Bu barədə Sankt-Peterburqun Bədən Tərbiyəsi və İdman Komitəsinin teleqram kanalında məlumat verilib.
“Sankt-Peterburq şəhərinin Bədən Tərbiyəsi və İdman Komitəsi və Sankt-Peterburqun RPO Olimpiya Şurası Aleksandr Georgiyeviçin ailəsinə, dostlarına səmimi başsağlığı və dəstək sözlərini bildirir. Sizinlə birlikdə yas tuturuq”, – mesajda deyilir.
1976-cı il Olimpiadasında Aleksandr Barışnikov bürünc medal qazanıb və dörd il sonra Moskva Oyunları-80-də gümüş medal əldə edib.