Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton qaz daşıyan yük maşını partlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb və fövqəladə hadisə yerindən kadrları dərc edir.
Güclü partlayışdan sonra yük maşınının yerləşdiyi bazarda yanğın baş verib. Həmçinin, partlayışdan sonra alov bir neçə avtomobilə keçib.
"Komsomolskaya Pravda"nın yaydığı ilkin məlumata görə, 20-yə yaxın insan faciənin qurbanı olub.
Qurbanların sayı dəqiq açıqlanmır. Fövqəladə vəziyyətin digər təfərrüatları hələlik məlum deyil.
Hüseyn İbadlı