14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

Ceyhun Bayramov Çin nümayəndəsi ilə görüşdü

14 mar 2025 02:00
GÜNDƏM
ads

Martın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində Çin Xalq Respublikası Hökumətinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi Vu Honqbo ilə görüşüb.

 

XİN-dən Qutb.az-a bildirilib ki, görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığından irəli gələn məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

 

Qlobal Bakı Forumunun bəşəriyyəti narahat edən, habelə daha inklüziv dünya düzəni ilə bağlı məsələlərin müzakirəsi baxımından vacib platforma olduğu qeyd olunub, Azərbaycan tərəfinə yüksəksəviyyəli təşkilatçılığa görə təşəkkür edilib.

 

Nazir Ceyhun Bayramov inkişaf edən ikitərəfli və çoxtərəfli münasibətlərimizin tarixində xüsusilə ötən ilin Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin təsbit olunması baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib. Strateji tərəfdaşlığımızın bu dinamikasının qorunmasının, habelə əməkdaşlığın genişləndirilməsinin vacibliyi, bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizmindən istifadənin əhəmiyyəti vurğulanıb.

 

Azərbaycan və Çinin daim bir-birilərinin ərazi bütövlüyü, suverenliyinə davamlı dəstək göstərdiyi qeyd olunub və buna görə təşəkkür ifadə edilib.

 

Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

 

Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Çin tərəfinin iştirak və töhfələri xüsusi qeyd olunub.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur