Macarıstan Avropa İttifaqının təzyiqlərinə boyun əyməyəcək və Ukraynaya maliyyə ayrılmasına razılıq verməyəcək.
Publika.az xəbər verir ki, bunu Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka Brüsselin Budapeştə qarşı iqtisadi müharibə aparmağa hazır olması ilə bağlı xəbərlərə cavab olaraq bildirib.
Fevralın 1-də keçiriləcək Aİ sammitində Kiyevin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilməsə, üzv dövlətlər açıq şəkildə Macarıstana qarşı iqtisadi təzyiqlərə başlayacaqlarını bildiriblər.
Bununla belə, Boka qeyd edib ki, onun ölkəsi Ukraynaya dəstək və Aİ fondlarına çıxışı əlaqələndirmir və başqalarına buna imkan verməyəcək. “Macarıstan danışıqlarda konstruktiv iştirakını davam etdirəcək, lakin şantajlara boyun əyməyəcək”, - deyə ölkə nümayəndəsi vurğulayıb.
Bundan əvvəl “Financial Times” yazıb ki, Brüssel Kiyevin maliyyələşdirilməsini təsdiqləməkdən imtina edərsə, Macarıstan iqtisadiyyatını sarsıtmaq planı hazırlanır.
Tural