İtaliya sahillərində iki ayrı qayıq qəzası baş verib. Qəzalarda ümumilikdə 11 nəfər həyatını itirib, 60-dan çox insan itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə Almaniyada yerləşən qeyri-hökumət təşkilatı RESQSHIP açıqlama verib.
Bildirilib ki, dünən batan qayıqdan 2-si huşsuz vəziyyətdə olan 51 nəfər xilas edilib, 10 nəfərin isə cəsədi tapılıb.
Kalabriya bölgəsinin təxminən 220 kilometr şərqində isə yelkənli qayığın batması nəticəsində 1 nəfər ölüb. İtaliya Sahil Mühafizəsi bildirib ki, immiqrantların olduğu yelkənli qayıqdan itkin düşmüş şəxslərin axtarışları davam edir. Qayığın Türkiyəni tərk etmək üzrəykən batdığı bildirilir.
Roza