Ukrayna prezidenti Vladimir Zelenski Albaniyaya səfərinin məqsədini açıqlayıb.
Publika.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında məlumat verib.
Ukrayna liderinin sözlərinə görə, bu gün o, Albaniyanın baş naziri Edi Rama ilə görüşərək müdafiə və siyasi əməkdaşlıq üzrə danışıqlar aparacaq. Zelenskinin sözlərinə görə, görüş zamanı “sülh formulunu” dəstəkləmək və təhlükəsizlik sazişləri üzərində işləmək məsələsi də müzakirə olunacaq.
O əlavə edib ki, səfər zamanı Ukrayna-Cənub-Şərqi Avropa sammitində də iştirak edəcək.
Bundan əvvəl Albaniyanın xarici işlər naziri İqli Həsəni Zelenskinin Tiranaya səfərini açıqlamışdı.
O, bildirib ki, Ukrayna prezidenti ölkəyə gözlənilməz səfər edib və onun səfərinin məqsədləri tam məlum deyil.
Tural