Almaniyada Adolf Hitlerin nasist rejimi dövründə sığınacaq kimi istifadə olunan Hamburqdakı tikililərdən biri otel və əyləncə kompleksinə çevrilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, məcburi əməkdən istifadə edilməklə tikilmiş bu alman tarixinin ən qaranlıq dövrünün yadigarı hazırda heyrətamiz dərəcədə dəyişib. İndi burada dəbdəbəli restoranlar və beş mərtəbəli "Hard Rock Hotel" yer alır. Otel otaqlarının qiyməti 180-269 avro arasında dəyişir.
Ləman