02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ötən il 4.5 milyard manat vergi borcu LƏĞV EDİLDİ

05 mar 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanda 2023-cü il 1 yanvar tarixinə 923 min vergi ödəyicisinin dövlət büdcəsinə ümumilikdə 2 milyard 356,7 milyon manat vergi borcu olub.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda deyilir ki, 2023-cü il ərzində 215,2 min vergi ödəyicisinin 4936,6 mln. manat məbləğində vergi borcu yaranıb, 210,9 min vergi ödəyicisinin 4 milyard 511,2 milyon manat məbləğində vergi borcu ləğv edilib. Ləğv edilmiş borc məbləğindən 674 milyon. manatı və ya 28,6%-i məhz 2023-cü il 1 yanvar tarixinə mövcud olmuş borcların payına düşüb.

2023-cü il ərzində artmış borc məbləğinin 288,6 milyon manatı (28,4%-i) səyyar vergi yoxlamaları nəticəsində, 504,4 milyon manatı və ya 49,6%-i kameral vergi yoxlamaları nəticəsində, 83,6 milyon manatı və ya 8.2%-i isə bəyannaməyə əsasən yaranıb.

Nəticədə 2024-cü il 1 yanvar tarixinə 96,7 min vergi ödəyicisinin dövlət büdcəsinə 2 milyard 782.1 mln. manat (o cümlədən əsas vergilər üzrə 1 milyard 809,9 milyon manat, faizlər üzrə 696.5 milyon manat və maliyyə sanksiyası üzrə 275,7 milyon manat) məbləğində borcu olub.

Ümumilikdə, 2023-cü il ərzində borclu vergi ödəyicilərindən daxilolma 3 milyard 923, 4 milyon manat olub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur