Türkiyənin Əskişəhər bölgəsində bir evdən tonlarla zibil çıxarılıb.
QÜTB.AZ xəbər verir ki, yaşayış binasının 2-ci mərtəbəsində mənzili olan və əlil olduğu iddia edilən 55 yaşlı Bülent K. küçədən tapdığı zibil və materialları evinə yığıb.
Vətəndaşlar pis qoxu səbəbiylə səlahiyyətlilərdən kömək istəyib. Məhkəmə qərarından sonra Odunpazarı Bələdiyyəsi Təmizlik İşləri Müdirliyi qrupları 2 yük maşını ilə evi təmizləmək üçün ünvana gedib.
Evə girməkdə çətinlik çəkən bələdiyyə qrupları təxminən 30 ton zibil çıxarıblar.
Qeyd edək ki, ötən il də eyni evdən təxminən 50 ton zibil təmizlənib.
Roza