Məşhur səs aktyoru Uğur Taşdemir 58 yaşında dünyasını dəyişib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə “Oyunçular Birliyi”nin “X” sosial media hesabında məlumat yayılıb.
"Dəyərli üzvümüz Uğur Taşdemiri itirdik. Ailəsinə və bütün sevənlərinə səbir diləyirik. Başsağlığı veririk," -deyə məlumatda qeyd olunub.
Sənətçi xəstəliyi üzündən bir müddətdir reanimasiyada müalicə alırmış.
Mərhum iyulun 30-da günorta namazından sonra Başıbüyük qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, Aykut Uğur Taşdemir 1965-ci ildə Yozqatda anadan olub. İstanbul Universitetinin maliyyə fakültəsini bitirib.Teatra olan marağı səbəbindən bu sənətə üz tutub və həvəskar teatr kollektivlərində yer alıb.
Kino aktyorluğu karyerasına 1989-cu ildə başlayan Taşdemir "Kurtlar Vadisi", "Doktorlar", "Filinta", "Halka", "Acı Həyat" və "İnce İnce Yasemince" kimi bir çox serialın prodüseri olub.
Eksperimental İncəsənət Mərkəzi və Masal Gerçek Teatrı kimi şirkətlərdə rol alan sənətçi 2005-ci ildə səhnəyə çıxıb.
Uğurlu səsləri ilə diqqət çəkən sənətçi "Karib dənizinin quldurları", "Hz. Yusuf", "Kalamar oyunu", "Daha yaxşı çağır Saul", "BoJack" kimi serial və filmləri türk dilinə dublyaj edib.
Gülnar